1 mart 2026. Bazar günü

Ziya Babaşov və Sakit Quliyev Tiranadakı reytinq turnirində fəxri kürsüyə qalxıblar


  • Offside
  • 16:57 01.03.2026
  • Oxunma sayı: 38
Ziya Babaşov və Sakit Quliyev Tiranadakı reytinq turnirində fəxri kürsüyə qalxıblar

Albaniyanın paytaxtı Tiranada güləş üzrə "Muhamet Malo" reytinq turniri davam edir.

90deqiqe.Az xəbər verir ki, yarışın dördüncü günündə mübarizə aparan Azərbaycanın 4 güləşçisindən 2-si fəxri kürsüyə qalxıb.

63 kq çəki dərəcəsində Murad Məmmədov 1/8 finalda iranlı rəqibinə məğlub olsa da, digər iki təmsilçimiz uğurlu çıxış edərək finala yüksəliblər.

Ziya Babaşov ardıcıllıqla Albaniya, İran və Qazaxıstan idmançılarını, Sakit Quliyev isə ABŞ, Qazaxıstan və Norveç güləşçilərini məğlub edərək həlledici görüşdə üz-üzə gəliblər. İki azərbaycanlı güləşçinin qarşılaşmasında 1:1 hesablı bərabərlik qeydə alınsa da, ilk xal prinsipinə əsasən Ziya Babaşov qalib gələrək turnirin qızıl, Sakit Quliyev isə gümüş medalına sahib çıxıb.

67 kq çəkidə yarışan Məhəmməd Şükürzadə 1/4 finalda məğlub olsa da, rəqibinin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. O, Ekvador təmsilçisini üstələsə də, bürünc medal uğrunda görüşdə Gürcüstan idmançısına uduzaraq yarışı medalsız başa vurub.

Bununla da Azərbaycan güləşçilərinin reytinq turnirində qazandığı medalların sayı 6-ya çatıb.







Offside