16 aprel 2026. Cümə axşamı

Vüsalə Hacıyeva Mostolesdə Avropa Kubokunun gümüş medalını qazanıb


  • Offside
  • 23:51 01.03.2026
  • Oxunma sayı: 278
Vüsalə Hacıyeva Mostolesdə Avropa Kubokunun gümüş medalını qazanıb

İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan milli komandası beynəlxalq turniri bir medalla başa vurub. Yığmanın heyətində 57 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Hacıyeva fəxri kürsünün ikinci pilləsinə yüksələrək gümüş medal qazanıb.

Qeyd edək ki, yarışda ölkəmizi ümumilikdə 6 cüdoçu təmsil edib.







Offside