2 mart 2026. Bazar ertəsi

Azərbaycanda I Məşqçilər Forumunun açılış mərasimi keçirilib


  • Offside
  • 10:38 02.03.2026
  • Oxunma sayı: 27
Azərbaycanda I Məşqçilər Forumunun açılış mərasimi keçirilib

Azərbaycanda ilk dəfə keçirilən Məşqçilər Forumunun açılış mərasimi baş tutub.

90deqiqe.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbir Bakı Kristal Zalında keçirilib. Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, federasiya rəsmiləri və tanınmış mütəxəssislər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Nazir F.Qayıbov məşqçiləri salamlayaraq bildirib ki, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günüdür və bu münasibətlə ölkədə idman həftəsi çərçivəsində silsilə tədbirlər keçiriləcək. O vurğulayıb ki, Azərbaycanın demək olar bütün rayonlarında Olimpiya idman kompleksləri fəaliyyət göstərir, ölkə idmanı beynəlxalq arenada mühüm nailiyyətlər qazanır, Bakı isə bu il dünyanın idman paytaxtıdır.

Nazir forumun məşqçilər üçün mühüm platforma olduğunu qeyd edərək, müasir metodların tətbiqinin vacibliyini diqqətə çatdırıb və iştirakçılara təşəkkürünü bildirib.

Forumun panel iclaslarında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, voleybol üzrə qadın millisinin baş məşqçisi Faiq Qarayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Namiq Abdullayev, eləcə də badminton üzrə yığmanın baş məşqçisi Morteza Validarvi çıxış edəcəklər.

Bundan əlavə, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə və Hacettepe Universitetinin nümayəndəsi Haydar Demirel “Dopinq” mövzusunda panel iclasına qatılacaqlar.







Offside