2 mart 2026. Bazar ertəsi

“Bu komandada olmaq məni daha da böyütdü”


  • Offside
  • 12:23 02.03.2026
  • Oxunma sayı: 51
“Bu komandada olmaq məni daha da böyütdü”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycanda ilk dəfə keçirilən Məşqçilər Forumunun birinci panel iclasında çıxış edib.

90deqiqe.Az xəbər verir ki, “Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer” mövzusunda keçirilən iclasda Q.Qurbanov rəhbərlik etdiyi komandanın ona verdiyi təcrübədən danışıb:

“Bu komandada olmaq məni çox inkişaf etdirdi. Bu ad sanki məni daha da böyütdü və məsuliyyətimi artırdı. Bəlkə başqa komandaya rəhbərlik etsəydim, bu baş verməzdi”, – deyə baş məşqçi bildirib.

O həmçinin futbolçuların mentalitetinə və təmsil etdiyi klubun dəyərlərinə diqqət yetirməyin vacibliyini vurğulayıb:

“Mentalitetim bu ölkəyə uyğun deyilsə, uğur əldə edə bilmərəm. Eyni zamanda, mentalitetini bilmədiyim ölkədə uğur qazana bilmərəm. Legioner futbolçulara həmişə başa salmışam ki, siz hansı ad altında çıxış etdiyinizi anlamalısınız. Həmçinin yerli futbolçularla da bu barədə müzakirələrimiz olur. Onlar Qarabağı təmsil etdiyimizi heç vaxt unutmamalıdırlar. Ümumiyyətlə, idmançıda xarakter olmasa, uğur əldə edə bilməz. Döyüşmədən meydanı tərk edə bilmərik”.







Offside