21 mart 2026. Şənbə

Teymur Rəcəbov Dünya Kubokunun yarımfinal mərhələsində ilk oyununu keçirib


  • Offside
  • 17:40 26.09.2019
  • Oxunma sayı: 549
Teymur Rəcəbov Dünya Kubokunun yarımfinal mərhələsində ilk oyununu keçirib

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun yarımfinal mərhələsinin birinci partiyaları oynanılıb.

Corner.az xəbər verir ki, bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Fransa təmsilçisi Maksim Vaşye-Laqravla üz-üzə gəlib.

Şahmatçılar arasında ilk duel heç-heçə yekunlaşıb. Növbəti görüş sabah olacaq. Orada da bərabərlik qeydə alınarsa, qalib sentyabrın 28-də tay-breykdə müəyyənləşəcək.

İki çinli - Dinq Liren və Yu Yanq Li arasındakı digər yarımfinal görüşündə də qalib müəyyənləşməyib. 

Sentyabrın 10-da start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq.







Offside