- Offside
- 23:30 02.03.2026
Beynəlxalq Avtomobil Federasiyasının – FIA prezidenti Məhəmməd bin Süleyem regionda baş verən hadisələrlə bağlı narahatlığını ifadə edib.
90deqiqe.Az xəbər verir ki, bu səbəbdən Bəhreyndə keçirilməsi planlaşdırılan “Pirelli” testləri ləğv edilib. “Maklaren” və “Mersedes” komandalarının, eləcə də “Pirelli” əməkdaşlarının bir qismi ölkədə qalmalı olub.
Yaranmış vəziyyət martın sonunda Qətərdə keçirilməsi nəzərdə tutulan Dözümlülük üzrə Dünya Çempionatının (WEC) mərhələsini, həmçinin aprel ayında baş tutmalı olan Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərini də sual altına salıb.
Ben Sulayem bildirib ki, FİA regiondakı tərəfdaşlarla sıx əlaqə saxlayır və qarşıdakı yarışlarla bağlı qərarlar təhlükəsizlik amili əsas götürülərək veriləcək.
ABŞ və İsrailin İrana raket zərbələrindən sonra Qətər, Bəhreyn, BƏƏ, Küveyt, Livan və Səudiyyə Ərəbistanında obyektlərə cavab hücumları həyata keçirilib. Nəticədə regionda hava məkanı və bir sıra hava limanları bağlanıb.