- Offside
- 23:30 02.03.2026
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində A qrupunda növbəti oyununu keçirib.
90deqiqe.Az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən qarşılaşmada yığmamız Şimali Makedoniya kollektivinə 78:70 hesabı ilə uduzub.
Qeyd edək ki, bu komandalar arasında ilk görüşdə rəqib 87:49 hesabı ilə qalib gəlib. Bundan əvvəl Azərbaycan millisi Lüksemburqa 90:95, İrlandiyaya isə 76:75 hesabı ilə qarşılaşmışdı.