- Offside
- 15:11 03.03.2026
Fransa millisinin sabiq üzvü, dünya futbolunun tanınmış simalarından biri Zinəddin Zidan keçmiş komanda yoldaşı – braziliyalı əfsanəvi hücumçu Ronaldo Nazario barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, vaxtilə "Real Madrid" və "Yuventus"un şərəfini qorumuş Zidan Ronaldonu futbol tarixinin ən xüsusi oyunçularından biri kimi dəyərləndirib.
“Bu, əsl futbol fenomenidir. Belə düşünən yalnız mən deyiləm. O, unikal oyunçu idi. Ronaldo bütün keyfiyyətlərə malik idi və məşqlərdə inanılmaz elementlər nümayiş etdirirdi. Bəzən sadəcə dayanıb onun hərəkətlərini izləyirdik. Topla davranışı isə sözün əsl mənasında möhtəşəm idi”, – deyə Zidanın sözlərini L’Equipe nəşri yayıb.
Qeyd edək ki, Ronaldo 2002–2007-ci illərdə “kral klubu”nun formasını geyinib. O, Braziliya millisinin heyətində 98 oyunda iştirak edib və 62 dəfə fərqlənib.