- Offside
- 15:11 03.03.2026
Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun şəxsi təyyarəsi Madriddə görüntülənib.
90deqiqe.Az-ın “The Sun”a istinadən məlumatına görə, təyyarə Səudiyyə Ərəbistanından yola düşüb və İranın Ər-Riyaddakı ABŞ səfirliyinə dron hücumundan sonra İspaniya paytaxtına gəlib. Kriştianonun özünün təyyarədə olub-olmadığı məlum deyil.
41 yaşlı ulduz yanvar 2023-cü ildən "Əl-Nəsr" komandasında çıxış edir. Cari mövsümdə Ronaldo 26 oyuna çıxaraq 22 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun mövcud əmək müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.