3 mart 2026. Çərşənbə axşamı

Azərbaycan taekvondoçuları Moldovada 7 medal qazanıb


  • Offside
  • 16:45 03.03.2026
  • Oxunma sayı: 47
Azərbaycan taekvondoçuları Moldovada 7 medal qazanıb

27–28 fevral tarixlərində "Azəri" Taekvondo Klubunun üzvləri Kişineu şəhərində keçirilən "Moldova Open" beynəlxalq turnirində uğurla çıxış ediblər.

90deqiqe.Az  Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, təmsilçilərimiz 7 medal (4 qızıl, 2 gümüş, 1 bürünc) qazanıblar.

Uşaqlar arasında 27 kq çəki dərəcəsində mübarizə aparan İnci Rahova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yeniyetmələrin yarışında 29 kq-da Aylin Məmmədzadə və 53 kq-da Ümid Səfiyarlı qızıl medala sahib olublar.

Yeniyetmə B kateqoriyasında 37 kq çəki dərəcəsində çıxış edən Zeynal Abışov da turniri çempion kimi başa vurub. Eyni yaş kateqoriyasında 29 kq-da Ahu İsgəndər və 33 kq-da Ayxan Xanmədlili gümüş medal qazanıblar. Mədinə Hənifəyeva (33 kq) isə turniri bürünc medalla tamamlayıb.







Offside