- Offside
- 16:53 03.03.2026
Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq təlim-məşq toplanışı start götürüb.
90deqiqe.Az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, hazırlıq prosesinə 19 cüdoçumuz (12 kişi, 7 qadın) qatılıb. İdmançılarımıza kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik; qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif başçılıq edir.
13 ölkənin iştirak etdiyi təlim düşərgəsi martın 6-da başa çatacaq.