25 iyun 2026. Cümə axşamı

AFFA Hakimlər Komitəsi "Karvan-Yevlax" üçün seminar keçirib


  • Offside
  • 17:46 03.03.2026
  • Oxunma sayı: 291
AFFA Hakimlər Komitəsi "Karvan-Yevlax" üçün seminar keçirib

AFFA Hakimlər Komitəsi "Karvan-Yevlax"ın məşqçi və futbolçu heyəti üçün seminar təşkil edib.

Bölgə təmsilçisindən  90deqiqe.Az-a verilən məlumata görə, komitə üzvü Ceyhun Haşımov kollektivi oyun qaydalarındakı yeniliklərlə tanış edib.

O, vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları barədə ətraflı məlumat verib.

Seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.







Offside