- Offside
- 21:31 03.03.2026
37 yaşlı irlandiyalı sabiq UFC çempionu Konor Makqreqor növbəti döyüşünü nə vaxt keçirəcəyini açıqlayıb.
90deqiqe.Az-ın "Bloody Elbow"a istinadən məlumatına görə, yarım yüngül (66 kq) və yüngül (70 kq) çəki dərəcələrində keçmiş ikiqat çempion rəhbərliklə danışıqlar apardığını bildirib:
“Hazırda UFC rəhbərliyi ilə növbəti döyüşüm barədə danışıqlar aparıram. Ya Ağ Evdə keçiriləcək UFC turnirində geri dönəcəyəm, ya da yaxın vaxtda təşkil olunacaq digər turnirdə. Bu yay Makqreqor geri qayıdacaq”.
Makqreqor sonuncu dəfə 2021-ci ilin iyulunda – UFC 264 turnirində oktaqona çıxıb. O, həmin gecə yüngül çəkidə keçmiş müvəqqəti çempion Dustin Poirierə birinci raundda texniki nokautla (ayaq zədəsi) məğlub olub.
İrlandiyalı döyüşçünün peşəkar rekordunda 22 qələbə və 6 məğlubiyyət var.