4 mart 2026. Çərşənbə

Azərbaycanın voleybol hakimi “Qalarasaray”ın oyununa təyinat alıb


  • Offside
  • 15:13 04.03.2026
  • Oxunma sayı: 15
Azərbaycanın voleybol hakimi “Qalarasaray”ın oyununa təyinat alıb

Beynəlxalq dərəcəli azərbaycanlı hakim Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, o, kişi voleybolçuların CEV Kubokunda Türkiyənin “Qalatasaray” və Belçikanın “Qrinyard Maaseyk” komandaları arasında keçiriləcək dörddəbir final matçının ikinci hakimi olacaq. Görüşü çexiyalı Zdenek Qrabovski idarə edəcək.

Martın 5-də gerçəkləşəcək qarşılaşma İstanbulda baş tutacaq.







Offside