25 iyun 2026. Cümə axşamı

Stolüstü tennis üzrə Azərbaycan çempionatında komanda yarışının qalibləri bəlli olub


  • Offside
  • 16:00 04.03.2026
  • Oxunma sayı: 252
Stolüstü tennis üzrə Azərbaycan çempionatında komanda yarışının qalibləri bəlli olub

Stolüstü tennis üzrə Azərbaycan çempionatında ilk mükafatçılar müəyyənləşib.

90deqiqe.Az ın məlumatına görə, komanda yarışlarında medalçılar bəlli olub.

Kişilərin mübarizəsində "Bakı-1" kollektivi birinci yeri tutub. "Bakı-2" ikinci, "Bakı-3" və "Şabran" üçüncü yerdə qərarlaşıb.

Qadınların yarışında "Sumqayıt-1" qalib gəlib. "Bakı-1" komandası ikinci yeri tutub. "Bakı-2" və "Sumqayıt-2" üçüncü pillədə qərarlaşıb.

Növbəti günlərdə şəxsi, qoşa və qarışıq qoşa növlər üzrə mükafatçılar müəyyənləşəcək. Azərbaycan çempionatı martın 6-da başa çatacaq.







Offside