4 mart 2026. Çərşənbə

Nazir Hacıqabul və Şirvan sakinlərinin müraciətlərini dinləyib


  • Offside
  • 17:17 04.03.2026
  • Oxunma sayı: 17
Nazir Hacıqabul və Şirvan sakinlərinin müraciətlərini dinləyib

Gənclər və idman naziri Fərid Qayıbov martın 4-də Şirvanda Hacıqabul rayon və Şirvan şəhər sakinlərini qəbul edib.

Bu barədə 90deqiqe.Az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Şirvan Gənclər Evində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mart ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.







Offside