4 mart 2026. Çərşənbə

Şahdağda Avropa çempionatında ilk günün qalibləri müəyyənləşdi


  • Offside
  • 19:00 04.03.2026
  • Oxunma sayı: 27
Şahdağda Avropa çempionatında ilk günün qalibləri müəyyənləşdi

Şahdağda təşkil olunan Avropa çempionatında xizək alpinizmi üzrə ilk yarış gününün qalibləri mükafatlandırılıb.

90deqiqe.Az-ın məlumatına görə, sprint mərhələsində müxtəlif yaş kateqoriyaları üzrə maraqlı və gərgin mübarizə qeydə alınıb.

U-18 kateqoriyasında kişilərdə Fransijek Yopek (Çexiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rumıniyalı Matey Petre ikinci, slovakiyalı Adam Hubaç üçüncü yeri tutub. Yarışda iştirak edən Azərbaycan idmançısı Nurid Şəkərəliyev 5-ci nəticə göstərərək həvəsləndirici mükafata sahib çıxıb.

Qızların mübarizəsində ispaniyalı Nuria Noqueyra qızıl medal qazanıb. Polşa təmsilçiləri Antonina Rakuş və Nataliya Bobrovska müvafiq olaraq ikinci və üçüncü olublar.

U-20 kateqoriyasında kişilərdə Aaron Alvares (İspaniya) qalib adını qazanıb. Çexiyalı Marek Foltin ikinci, almaniyalı Morits Bauregger üçüncü olub. Qadınlarda Almaniya təmsilçisi Helena Öringer bütün rəqiblərini qabaqlayıb. Avstriyalı Emma Albrext gümüş, sloveniyalı Klara Velepeç isə bürünc medal əldə edib.

Böyüklərin yarışında kişilərdə Nikita Filippov (Rusiya) qızıl medal qazanıb. İsveçrəli Tomas Bussar ikinci, ispaniyalı Martines Ferrer üçüncü olub.

Qadınların yarışında isə isveçrəli Marianne Fatton Avropa çempionu adına layiq görülüb. İtaliyalı Julia Murada gümüş, almaniyalı Tatyana Paller isə bürünc medal qazanıb.







Offside