- Offside
- 21:43 04.03.2026
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo zədələnib.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu iki-dörd həftə yaşıl meydanlardan kənarda qala bilər.
Zədə səbəbindən Ronaldo Portuqaliya millisinin qarşıdan gələn təlim-məşq toplanışında iştirak edə bilməyəcək. Qarşıdan gələn təlim-məşq toplanışının bir hissəsi olaraq, Portuqaliya Meksika (29 mart) və ABŞ (1 aprel) ilə yoldaşlıq oyunları keçirməyi planlaşdırır.
41 yaşlı futbolçu dəqiq sağalma müddətini müəyyən etmək üçün tezliklə əlavə tibbi müayinələrdən keçəcək.
Qeyd edək ki, təcrübəli forvard Səudiyyə Ərəbistanı çempionatında "Əl-Fayha" ilə matçdan sonra dizaltı vətərindən zədə alıb. Yaxın vaxtlarda aparılacaq əlavə müayinələr onun yaşıl meydanlara dönüş tarixini dəqiqləşdirəcək.