5 mart 2026. Cümə axşamı

Bakıda İdman Gimnastikası üzrə Dünya Kuboku start götürdü


  • Offside
  • 16:53 05.03.2026
  • Oxunma sayı: 14
Bakıda İdman Gimnastikası üzrə Dünya Kuboku start götürdü

Bakıda İdman Gimnastikası üzrə Dünya Kuboku yarışları start götürüb.

90deqiqe.Az xəbər verir ki, turnir Milli Gimnastika Arenasında keçirilir və ilk gün iştirakçılar təsnifat mərhələsində qüvvələrini sınayıblar.

Gimnastlar sərbəst hərəkətlər, paralel qollar, halqalar, dayaqlı tullanma və müxtəlif hündürlüklü qollar proqramlarında çıxış edirlər.

Turnirdə Azərbaycanı Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edirlər.

Yarışda 30-dan çox ölkədən idmançılar mübarizə aparır. Turnir martın 8-də başa çatacaq.







Offside