- Offside
- 17:03 05.03.2026
Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatında növbəti yarışların qalibləri bəlli olub.
90deqiqe.Az xəbər verir ki, turnirin ikinci günü qarışıq estafet yarışı ilə yadda qalıb. Yeniyetmə oğlan və qızlar arasında 1-ci yeri Almaniya, 2-ci yeri İspaniya, 3-cü yeri isə Rusiya komandaları tutublar.
Böyüklərin yarışında isə İsveçrə idmançıları Avropa çempionu olublar. İtaliya ikinci, Almaniya isə üçüncü yeri qazanıb.
Qeyd edək ki, martın 6-da iştirakçılar fərdi və vertikal növlərdə mübarizə aparacaqlar.