- Offside
- 23:12 05.03.2026
Bakıda təşkil olunan idman gimnastikası üzrə Dünya Kuboku davam edir.
90deqiqe.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışların ilk günündə gimnastlar təsnifat mərhələsində çıxış ediblər.
Turnirdə Azərbaycanı təmsil edən iki idmançı final mərhələsinə vəsiqə qazanıb. Belə ki, Nikita Simonov halqalar üzrə, Dəniz Əliyeva isə dayaqlı tullanmada həlledici raundda mübarizə aparmaq hüququ əldə edib.
Final mərhələsinin yarışları martın 7-də keçiriləcək və həmin gün ilk medalçılar müəyyənləşəcək.
Qeyd edək ki, 30-dan çox ölkədən gimnastların qatıldığı Dünya Kuboku martın 8-də başa çatacaq.