7 mart 2026. Şənbə

“Neftçi” İdman Klubunun üzvləri ağacəkmə aksiyasında


  • Offside
  • 10:45 06.03.2026
  • Oxunma sayı: 58
“Neftçi” İdman Klubunun üzvləri ağacəkmə aksiyasında

“Neftçi” İdman Klubu tərəfindən Suraxanı rayonunda yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində ağacəkmə aksiyası keçirilib.

İdman Klubundan 90deqiqe.Az-a verilən məlumata görə, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar təşkil olunan tədbirdə klubun rəhbərliyi və əməkdaşları, məşqçiləri, idmançıları, eləcə də tanınmış yetirmələri – Hacı Əliyev, Taleh Məmmədov və İsa Rüstəmov iştirak ediblər.

Aksiyada şam ağacları əkilib, onlara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

Bildirilib ki, aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək, ictimaiyyətin diqqətini yaşıllıqların çoxaldılmasına və qorunmasına yönəltmək, eləcə də bu kompleksdə idmanla məşğul olan yüzlərlə yeniyetmə və gəncə təbiətə sevgi və qayğını aşılamaqdan ibarətdir.







Offside