7 mart 2026. Şənbə

Azərbaycan və Türkmənistan arasında atçılıq idmanı sahəsində əməkdaşlıq memorandumu imzalanıb


  • Offside
  • 12:27 06.03.2026
  • Oxunma sayı: 60
Azərbaycan və Türkmənistan arasında atçılıq idmanı sahəsində əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Atçılıq Federasiyası ilə Türkmənistanın “Türkmən atları” Dövlət Birliyi arasında atçılıq idmanı və atçılıq idmanı sənayesi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Dövlət Sərhəd Xidmətindən 90deqiqe.Az-a bildirilib ki, memoranduma əsasən, tərəflər bu sahədə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, texniki və məsləhət dəstəyinin göstərilməsi, informasiya mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi və müxtəlif əməkdaşlıq formatlarında iştirak etmək niyyətlərini ifadə ediblər.

Eyni zamanda, bu sənədin imzalanması ilə mütəxəssislərin beynəlxalq sərgilərdə, dəyirmi masalarda və müxtəlif tədbirlərdə iştirakının təmin olunması, həmçinin onların hazırlanması və ixtisaslarının artırılması məqsədilə kurs, seminar və konfransların təşkili nəzərdə tutulub.

Bildirilib ki, memorandum Azərbaycan ilə Türkmənistan arasında atçılıq idmanı və atçılıq sənayesi sahəsində əməkdaşlığın inkişafına, bu sahənin beynəlxalq səviyyədə təşviqinə töhfə verəcək və imzalandığı tarixdən 5 il müddətində qüvvədə olacaq.







Offside