- Offside
- 22:58 06.03.2026
Martın 8-də Taylandın paytaxtı Banqkokda boks üzrə Olimpiya Təsnifat Turniri start götürəcək
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Seneqalda keçiriləcək gənclər arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda milli komandamız 6 idmançı ilə təmsil olunacaq.
Oğlanlardan ibarət yığmanın heyətində Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Toğrul Quliyev (60 kiloqram) və Şahin Aslanov (65 kiloqram) yer alıb.
Qızların mübarizəsində isə Gülər Hüseynova (48 kiloqram) və Əminə Tağıya (51 kiloqram) qüvvələrini sınayacaq.
Lisenziyalar sonradan ölkələr və qitələr üzrə bölünəcək.
Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.