- Offside
- 22:58 06.03.2026
İdman gimnastikası üzrə FIG Dünya Kubokunda ikinci yarış günü yekunlaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Milli Gimnastika Arenasında 30-dan artıq ölkənin qatıldığı turnirdə təsnifat mərhələsi başa çatıb.
Günün nəticələrinə əsasən, Azərbaycan təmsilçilərdən Aydın Əlizadə dayaqlı tullanma proqramında həlledici raundda iştirak hüququ qazanıb. Ötən gün Dəniz Əliyeva dayaqlı tullanma, Nikita Simonov isə halqalarla hərəkətlərin icrasında adlarını finala yazdırıblar.
Turnirin son iki günündə final çıxışları keçiriləcək. Yarışın ilk final mərhələsi isə martın 7-də baş tutacaq.