- Offside
- 22:58 06.03.2026
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI turun oyunlarına yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçirilib.
“Turan” komandası Tovuz Olimpiya İdman Kompleksində “Abşeron”la üz-üzə gəlib. Görüş meydan sahiblərinin tam üstünlüyü ilə keçib. Tovuz təmsilçisi rəqibini 3:0 (25:14, 25:14, 25:17) hesabı ilə məğlub edərək növbəti qələbəsini qazanıb.
Digər qarşılaşmada isə “Murov Az Terminal” komandası “Azərreyl”lə münasibətlərinə aydınlıq gətirib. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilən oyunda “Azərreyl” 3:1 (25:21, 25:22, 18:25, 25:22) hesabı ilə qalib gəlib.