- Offside
- 22:58 06.03.2026
UFC-nin prezidenti Dana Uayt 14 iyun tarixində keçiriləcək Ağ Ev turnirinin rəsmi elanını 13 iyun UFC 326-nın canlı yayımlanması zamanı təqdim edəcəyini təsdiqləyib.
90deqiqe.Az xəbər verir ki, bu barədə o, Las-Veqasda turnir öncəsi mətbuat konfransında məlumat verib.
Uayt tədbir proqramına daxil olacaq döyüşlərin təxmini sayını da açıqlayıb:
“İndi proqramı nəzərdən keçirirəm, bütün altı döyüşü görürəm. Planımızda altı döyüş var, amma bəlkə yeddinci də əlavə olunar.
Hər səhər oyananda kiminsə mənə ‘sızma’ göndərdiyini görürəm: ‘bu döyüş baş tutacaq’. İnternetdə hər kəs Ağ Ev üçün mümkün olan hər döyüşü elan edir. Onlar ümid edirlər ki, kifayət qədər məlumat yayılsa, nəticədə biri doğru çıxacaq”, – deyə Uayt "MMA Fighting" nəşrinə açıqlamasında bildirib.
Qeyd edək ki, Ağ Ev turniri ABŞ prezidenti Donald Trampın 80 illik yubileyinə və ölkənin müstəqilliyinin 250 illiyinə həsr olunub. Döyüşçülər arasında Konor Makqreqor, Con Cons vəAleks Pereyranın adları var.