- Offside
- 14:38 07.03.2026
Bakıda keçirilən İdman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycanın iki gimnastı çıxışını başa vurub.
90deqiqe.Az xəbər verir ki, təmsilçilərdən Nikita Simonov halqalarla hərəkətlər proqramının finalında mübarizə apararaq dördüncü yeri tutub.
Digər idmançı Dəniz Əliyeva isə dayaqlı tullanma proqramının finalında çıxış edərək yarışı altıncı pillədə başa vurub.
30-dan çox ölkədən gimnastların qatıldığı turnir martın 8-də başa çatacaq.
Azərbaycanın daha bir təmsilçisi Aydın Əlizadə dayaqlı tullanma proqramında final mərhələsində mübarizə aparacaq.