- Offside
- 23:04 07.03.2026
41 yaşlı ulduz futbolçu Kriştiano Ronaldo zədəsi səbəbindən Səudiyyə Ərəbistanı çempionatında “Əl-Nəsr” komandasının “Neoma” ilə qarşılaşmasında iştirak edə bilməyəcək.
90deqiqe.Az xəbər verir ki, Ronaldo bu barədə sosial şəbəkədə hesabından foto paylaşaraq yazıb:
“Zədəmi sağaldıram və bu günkü oyunu izləməyə hazıram. İrəli, "Əl-Nəsr!”
Cari 2025/2026 mövsümündə Ronaldu 26 oyunda meydana çıxıb, 22 qol vurub və 4 məhsuldar ötürmə edib.