8 mart 2026. Bazar günü

Antalyada yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku start götürüb


  • Offside
  • 23:45 07.03.2026
  • Oxunma sayı: 34
Antalyada yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku start götürüb

Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib.

90deqiqe.Az xəbər verir ki, ilk yarış günündə milli komandamızın bir üzvü fəxri kürsüyə qalxıb.

48 kq çəki dərəcəsində tatamiyə çıxan Könül Eyvazlı üçüncü yeri tutub. O, həlledici görüşdə yerli idmançı Büşra Ceylin Çoşkuna qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, turnirdə 21 ölkədən 550 cüdoçu qüvvəsini sınayır.







Offside