9 mart 2026. Bazar ertəsi

Azərbaycanın stolüstü tennisçiləri Almaniya və Çexiyada beynəlxalq turnirlərdə iştirak edəcəklər


  • Offside
  • 11:00 08.03.2026
  • Oxunma sayı: 80
Azərbaycanın stolüstü tennisçiləri Almaniya və Çexiyada beynəlxalq turnirlərdə iştirak edəcəklər

Azərbaycanın stolüstü tennisçiləri martın 9-dan 15-dək Almaniyanın Berlin və Çexiyanın Havirov şəhərlərində keçiriləcək "WTT Youth Contender" turnirlərində iştirak edəcəklər.

90deqiqe.Az-ın məlumatına görə, yarışlarda gənclərdən ibarət seçmə komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramin Cəfərovun rəhbərliyi ilə 6 idmançı qüvvəsini sınayacaq.

Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədli oğlanların, Yağmur Məmmədli, Mehin Mirzəbalayeva və Yasəmən Həbibova qızların yarışında mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirlər U-17, U-15, U-13 və U-11 yaş dərəcələri üzrə keçiriləcək.







Offside