- Offside
- 14:43 09.03.2026
"France Football" jurnalı 2029-cu ildə “Super Qızıl Top” mükafatının verilməsini nəzərdən keçirir.
90deqiqe.Az-ın "Touchline"yə istinadən məlumatına görə, mükafat son otuz ilin ən yaxşı oyunçusuna təqdim ediləcək.
Mükafatın ilk dəfə 1989-cu ildə təqdim edilməsindən düz 40 il sonra təqdim edilməsi planlaşdırılır. Xatırladaq ki, "Real Madrid"in keçmiş hücumçusu Alfredo Di Stefano o vaxt “Super Qızıl Top” mükafatını qazanmışdı.
Mükafat həmçinin son otuz ilin ən yaxşı futbolçusuna da təqdim edilmişdi və bir neçə "Qızıl top" mükafatı sahibi arasından seçilmişdi. Di Stefano səsvermədə Yohan Kroyff və Mişel Platinini geridə qoymuşdu.
2021-ci ilə qədər “Super Qızıl Top” mükafatı "Santyaqo Bernabeu" stadionundakı "Real Madrid" muzeyində nümayiş olunurdu, lakin hərraca çıxarılaraq 187.000 funt sterlinqə satılmışdı.