- Offside
- 14:43 09.03.2026
Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi təlim-məşq toplanışına start verib.
90deqiqe.Az-ın məlumatına görə, yığma hazırlığa Şamaxıda başlayıb.
Məşqçilər korpusu toplanışa U-17 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib. Məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.
Qeyd edək ki, hazırlıq martın 20-də yekunlaşacaq.