10 mart 2026. Çərşənbə axşamı

U23 Avropa çempionatı: Azərbaycan güləşçiləri finala yüksəldi


  • Offside
  • 23:56 09.03.2026
  • Oxunma sayı: 48
U23 Avropa çempionatı: Azərbaycan güləşçiləri finala yüksəldi

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı start götürüb.

90deqiqe.Az-ın məlumatına görə, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalçaya çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Vasif Bağırov (57 kq) fransalı Rasul Qalburayevə “tuş”la qalib gələrək yarımfinala yüksəlib. O, gürcüstanlı Nikoloz Botçorişvilini isə 6:2 hesabıyla üstələyib. Bağırov sabah finalda rusiyalı Ayanday Ondarla güləşəcək.

Musa Ağayev (65 kq) italiyalı Mattia Bientinesini vaxtından əvvəl (10:0) yarışdan kənarlaşdırsa da, 1/4 finalda belaruslu Maqomedxan Maqomedxanova 4:7 hesabıyla məğlub olub. Ağayev bürünc medal uğrunda ermənistanlı Arman Musikyanla mübarizə aparacaq.

Ramik Heybətov (70 kq) polşalı Daniel Kulçinskiyə 9:4 hesbıyla qalib gəldikdən sonra 1/4 finalda moldovalı Aleksandr Qaydarliylə bacarmayıb – 0:11. Heybətov təsəlliverici görüşdə gürcüstanlı Qoqa Otinaşviliylə üz-üzə gələcək.

Səbuhi Əmiraslanov (79 kq) belaruslu Aleksandr Viarbitskiyə (11:4) və almaniyalı Marat Kardanova (6:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Səbuhi gürcüstanlı Giorgi Qoqritçianiyə də gücünü göstərib – 4:1. Əmiraslanov həlledici görüşdə rusiyalı İsmayıl Xaniyevlə qarşılaşacaq.

Zəfər Əliyev (97 kq) ermənistanlı Qurqen Simonyana 6:2 hesabıyla qalib gəlsə də, yarımfinalda ukraynalı İvan Primaçenkoya eyni hesabla məğlub olub. Əliyev bürünc medal uğrunda Davide Kossu (İtaliya) – Emirhan Kılıç (Türkiyə) görüşünün qalibiylə güləşəcək.







Offside