- Offside
- 00:48 11.03.2026
Azərbaycanın tanınmış güləşçiləri Xırdalanda məktəblilərlə görüşüb.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
11 saylı tam orta məktəbdə qonaq olan yunan-Roma güləşi üzrə olimpiya, dünya və Avropa çempionatının mükafatçısı Rasul Çunayev, qadın güləşi üzrə U-15 yığma komandasının məşqçisi, U-23 Avropa çempionatının mükafatçısı Solmaz Adilova yeniyetmə və gənclərə qazandıqları uğurlar, bu nailiyyətlərə gedən yolda üzləşdikləri çətinliklər barədə fikirlərini bölüşərək, onlara öz tövsiyələrini çatdırıblar.
Onlar daha sonra müxtəlif fəndlərin icrasını nümayiş etdirib və xalça üzərində mübarizə zamanı diqqət edilməli məqamları izah ediblər.
Qeyd edək ki, belə görüşlərin və "ustad dərsləri"nin keçirilməsində məqsəd gənc nəslin sağlam ruhda böyüməsinə dəstək vermək, motivasiyanı artırmaq, güləşlə bağlı maarifləndirməni gücləndirmək və bu sahədə keyfiyyətin yüksəldilməsidir.