- Offside
- 00:48 11.03.2026
Azərbaycanın parapauerliftinq üzrə milli komandasının üzvü Rəsul Zəkiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Açıq çempionatında daha iki gümüş medal qazanıb.
Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, 97 kiloqram çəki dərəcəsində çıxış edən idmançı ən yaxşı qaldırma üzrə 126 kiloqram, ümumi nəticədə isə 358 kiloqram göstərici ilə gənclər arasında ikinci yeri tutub.
Yarış Avropa Açıq çempionatı statusu daşıdığı üçün Zəkiyevə əlavə olaraq daha iki gümüş medal təqdim olunub. O, turnirin əvvəlki günündə də iki gümüş mükafata sahib çıxmışdı.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər idmançısı İlhamiz Kərimov +107 kiloqram çəki dərəcəsində yeniyetmələr arasında ən yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.