11 mart 2026. Çərşənbə

Azərbaycan millisi Avropa Açıq çempionatını 12 medalla başa vurdu


  • Offside
  • 18:35 10.03.2026
  • Oxunma sayı: 34
Azərbaycan millisi Avropa Açıq çempionatını 12 medalla başa vurdu

Azərbaycanın parapauerliftinq üzrə milli komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Açıq çempionatını 12 medalla tamamlayıb.

90deqiqe.Az xəbər verir ki, yarışda 16 yaşlı paralimpiyaçı İlhamiz Kərimov (+107 kq) uğurlu çıxışı ilə seçilib. O, ən yaxşı qaldırmada 115 kq, ümumi qaldırmada isə 330 kq nəticə göstərərək hər iki göstərici üzrə yeniyetmələr arasında qızıl medal qazanıb.

Digər təmsilçimiz, 15 yaşlı Elcan Səmədzadə (49 kq) 80 kq nəticə ilə həm ümumi qaldırmada, həm də ən yaxşı qaldırmada yeniyetmələr arasında bürünc medal əldə edib.

19 yaşlı Rəsul Zəkiyev (97 kq) isə ümumi qaldırmada 358 kq, ən yaxşı qaldırmada 126 kq nəticə göstərərək hər iki göstərici üzrə gənclər arasında gümüş medala sahib çıxıb.

Qeyd edək ki, yarış Açıq Avropa Çempionatı statusu daşıdığı üçün hər üç Azərbaycan idmançısına eyni əyarda dörd medal təqdim olunub.







Offside