11 mart 2026. Çərşənbə

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstana yola düşüblər


  • Offside
  • 21:41 10.03.2026
  • Oxunma sayı: 38
Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstana yola düşüblər

Azərbaycanın qadın stolüstü tennisçiləri bu gün Qazaxıstana yola düşüblər.

90deqiqe.Az xəbər verir ki, komanda Almatı şəhərində təşkil olunacaq Avrasiya Liqasında iştirak edəcək.

Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətova martın 12-də mübarizəyə başlayacaqlar.

Ardınca komanda Çinə təlim-məşq toplanışına yollanacaq. Martın 15-dən 28-dək Hebey əyalətinin Zenq Dinq şəhərində keçiriləcək toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyacaq.







Offside