- Offside
- 00:48 11.03.2026
Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş üzrə yarışlar davam edir.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri növbəti medalları aktivlərinə yazdırıblar. Vasif Bağırov (57 kq) və Səbuhi Əmiraslanov (79 kq) gümüş medala sahib çıxıblar.
Musa Ağayev (66 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə yarışı bürünc medalla başa vurublar.
Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-də başa çatacaq.