12 mart 2026. Cümə axşamı

Azərbaycan boksçuları Budvada keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar


  • Offside
  • 11:13 12.03.2026
  • Oxunma sayı: 17
Azərbaycan boksçuları Budvada keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar

Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb.

Boks Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, Azərbaycan millisi 18 ölkənin qatıldığı yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Komandanın heyətində Rza Rzayev (70 kiloqram) bütün rəqiblərinə qalib gəlib. O, finalda Maksim Kirillovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər boksçularımızdan Heydər Əzməmmədov (85 kiloqram) gümüş, Vüsal Xəlilov (65 kiloqram) və Zaur Səmədov (90 kiloqram) bürünc medala yiyələniblər. Milli bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.







Offside