- Offside
- 11:50 12.03.2026
Azərbaycanın stolüstü tennisçiləri Almaniyanın Berlin şəhərində təşkil olunan "WTT Youth Contender" turnirində uğurla çıxış ediblər.
Federasiyadan 90deqiqe.Az-a bildirilib ki, Onur Quluzadə U-15, Ələkbər Mirzəliyev isə U -11 yaş dərəcəsində üçüncü yeri tutub.
Bu gün Çexiyaya yollanan Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədlidən ibarət “üçlük” Havirov şəhərində keçiriləcək analoji turnirdə də etimadı doğrultmağa çalışacaqlar.