- Offside
- 20:27 12.03.2026
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII turun oyunlarına yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, turun son günündə daha iki qarşılaşma keçirilib. Əvvəlcə “Abşeron” komandası “Gənclər” üzərində 3:0 (25:19, 25:20, 25:17) hesablı qələbə qazanıb. Günün digər matçında isə “Turan” kollektivi “Azərreyl”i 3:0 (25:14, 25:22, 25:18) hesabı ilə məğlub edib.
Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “DH Volley” UNEC-i 3:0, “Milli Aviasiya Akademiyası” isə “Gəncə”ni 3:2 hesabı ilə məğlub edib.