- Offside
- 12:18 13.03.2026
İşğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatlar (PHS) probleminin həlli istiqamətində həyata keçirilən təşəbbüslər çərçivəsində elan olunan qrant müsabiqəsinin qalibləri müəyyən edilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə keçirilən bu müsabiqənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə mina və PHS təhlükəsi ilə bağlı risklərin dəyərləndirilməsi, xüsusilə keçmiş təmas xəttinə yaxın ərazilərdə məskunlaşan və fəaliyyət göstərən vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılmasıdır.
Qeyd edək ki, bu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun ilk birgə layihəsi çərçivəsində təşkil olunan müsabiqə zamanı böyük, orta və kiçik qrant kateqoriyaları üzrə daxil olan 30 layihə təklifinə dair sənədlərin ekspertizası və ətraflı təhlili aparılaraq 10 ən effektiv layihə qalib seçilib. Müəyyən olunmuş istiqamətlər üzrə qaliblərin siyahısı aşağıdakı kimidir:
İşğaldan azad edilmiş ərazilərdə mina və PHS təhlükəsi ilə bağlı risklərin dəyərləndirilməsi üzrə:
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış vətəndaşlar arasında mina təhlükəsi ilə bağlı maarifləndirmə işlərinin aparılması üzrə:
Mina və PHS-dən zərərçəkənlərin cəmiyyətə reinteqrasiyasına dəstək üzrə:
Layihələrin icrası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan 2030: Milli Prioritetlər” sənədlərində müəyyən edilmiş hədəflərə uyğun olaraq həyata keçirilir. Minatəmizləmə və maarifləndirmə tədbirləri azad edilmiş torpaqlarımızda təhlükəsiz yaşayışın təmin edilməsi baxımından prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Dəstəklənən layihələr mina təhlükəsinin azaldılmasına, əhalinin təhlükəsizliyinin təmin olunmasına və Böyük Qayıdış prosesinə mühüm töhfə verməyə xidmət edəcək.