23 noyabr 2024. Şənbə

Teymur Rəcəbov finalda - dünya kuboku


  • Offside
  • 17:54 27.09.2019
  • Oxunma sayı: 545
Teymur Rəcəbov finalda - dünya kuboku

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun yarımfinal mərhələsinin ikinci görüşləri oynanılıb.

Corner.az xəbər verir ki, bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Fransa təmsilçisi Maksim Vaşye-Laqravla qarşılaşıb.

Şahmatçılar arasında ikinci dueldə Rəcəbov qalib gələrək finala yüksəlib. Beləliklə, o, 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirində iştirak hüququna sahib olub. 

İki çinli - Dinq Liren və Yu Yanq Li arasındakı digər yarımfinal görüşündə də qalib müəyyənləşməyib. Həmin dueldə finalçı sabah tay-breykdə müəyyənləşəcək.

Qeyd edək ki, sentyabrın 10-da start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaqlar. Dünya Kubokunun bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.







Offside