- Offside
- 21:56 14.03.2026
Martın 14-də cüdo üzrə U-16 yeniyetmələr arasında “İstedadların seçimi” turnirinin II turu start götürüb.
90deqiqe.Az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın ilk günündə 152 cüdoçu mübarizəyə qoşulub. Qızlar -40 kq, -48 kq, -57 kq, -70 kq; oğlanlar isə -50 kq, -60 kq, -73 kq və -90 kq çəki dərəcələrində qüvvəsini sınayıb.
Qeyd edək ki, “İstedadların seçimi” turnirinin keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.
Mükafatçıları təqdim edirik:
Qızlar
-40 kq
1. Sofiya Bikova (Maştağa İK)
2. Zəhra İsmayılova (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
-48 kq
1. Ülkər Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Fatimə Muradlı (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Mələk Mehdizadə (Şuşa UGİM)
3. Zəhra Əlizadə (RKİM)
-57 kq
1. Zöhrə Ağazadə (Neftçi İK)
2. Aysu Mədətli (Mingəçevir UGİM)
3. Aytən Səmədli (Mingəçevir UGİM)
3. Alsu Musayeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
-70 kq
1. Dəniz Əlizadə (Sumqayıt OİK)
2. Xədicə Quluzadə (Şuşa UGİM)
3. Aidə Manafli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
Oğlanlar
-50 kq
1. Fərid Rzazadə (Pirşağı-Kürdəxanı İK)
2. Aqil Nağıyev (RKİM)
3. Yusif Əlizadə (Neftçi İK)
3. Nihad Quluzadə (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
-60 kq
1. Toğrul Quliyev (FHN İSK)
2. Ayxan Abbaszadə (Goranboy UGİM)
3. Raul Əlizadə (Sərhədçi İM)
3. Raul Məlikzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
-73 kq
1. Tuncay Ağazadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
2. Cahid Bayramlı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
3. Hüseyn Hüseynov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
3. Cavidan Ağa (Qəbələ İK şəhər)
-90 kq
1. Kamran Hacıyev (Neftçi İK)
2. Valeh Sadıqlı (Yevlax)
3. Qəzənfər Murad (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Kənan Məmmədov (RKİM)