14 mart 2026. Şənbə

Azərbaycan daha bir güləşçisi U-23 Avropa çempionatında medal qazandı


  • Offside
  • 21:56 14.03.2026
  • Oxunma sayı: 30
Azərbaycan daha bir güləşçisi U-23 Avropa çempionatında medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi İlkin Qurbanov (63 kq) Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, bürünc medal uğrunda görüşdə İlkin Qurbanov gürcüstanlı Rati Kozrevanidzeni 8:3 hesabı ilə məğlub edərək ölkəmizə medal gətirib.

Qeyd edək ki, bu Azərbaycanın turnirdə əldə etdiyi dördüncü bürünc medalıdır. Daha əvvəl sərbəst güləşçilər Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) bürünc medala sahib olublar.

***

Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıqlı Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı final görüşündə Alibek Amirov (Rusiya) ilə üz-üzə gəlib və məğlub olaraq ikinci yeri tutub.

Beləliklə, Azərbaycan güləşçisi turniri medal ilə başa vuraraq qitə birinciliyində uğurlu nəticəyə imza atıb.







Offside