15 mart 2026. Bazar günü

Azərbaycanın stolüstü tennisçiləri Avrasiya Liqasında uğurlu debüt ediblər


  • Offside
  • 13:44 15.03.2026
  • Oxunma sayı: 30
Azərbaycanın stolüstü tennisçiləri Avrasiya Liqasında uğurlu debüt ediblər

Azərbaycanın qadın stolüstü tennisçiləri Qazaxıstanda keçirilən Avrasiya Liqasında uğurlu çıxış ediblər.

90deqiqe.Az xəbər verir ki, baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Almatı sınaqlarına qatılan Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət kvartet ilk dəfə olduğu üçun yarışın II liqasında mübarizə aparıb.

1-ci turda finaladək keçirdiyi 8 oyunun 7-də qalib gələn komandamız yalnız finalda Özbəkistan millisinə uduzaraq ikinci yerdə qərarlaşıb.

Yarışın növbəti turunun oyunları mayın 28-31-də baş tutacaq. 4 turun nəticəsinə əsasən ilk iki yeri tutan kollektivlər Superliqaya vəsiqə qazanacaqlar.







Offside