- Offside
- 21:43 15.03.2026
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Taylandın paytaxtı Banqkok şəhərində keçirilən 3x3 Basketbol üzrə Çempionlar Kuboku yarışında gümüş medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, yığmamız final mərhələsində Niderland seçməsi ilə qarşılaşıb. Qarşılaşma rəqib komandanın 21:12 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisi finala gedən yolda yarımfinal mərhələsində Amerika Birləşmiş Ştatları yığmasını 22:20 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, turnirin qalibi 2027-ci ildə keçiriləcək 3x3 Basketbol üzrə Çempionlar Kuboku 2027 və 3x3 Basketbol üzrə Dünya Kuboku 2027 yarışlarında iştirak hüququ qazanıb. Bundan əlavə, qalib komanda 2028-ci il Yay Olimpiya Oyunları üçün vəsiqə verən Olimpiya təsnifat turnirində çıxış etmək imkanı əldə edib.