- Offside
- 21:43 15.03.2026
Azərbaycanın yunan-Roma güləşçisi Fərid Xəlilov Serbiyanın Zrenyanin şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatında bürünc medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə macar güləşçi Petro Jitovoz üzərində 6:3 hesablı qələbə qazanıb.
Bununla da Azərbaycan millisi yarışda beşinci bürünc medalını əldə edib. Daha əvvəl sərbəst güləşçilər Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) və Fərid Sadıxlı (55 kq) də bürünc medal qazanıblar.
Qeyd edək ki, yarışa martın 15-də yekun vurulacaq.