16 mart 2026. Bazar ertəsi

Azərbaycan gimnastları beynəlxalq yarışlarda səkkiz medal qazandılar


  • Offside
  • 14:19 16.03.2026
  • Oxunma sayı: 37
Azərbaycan gimnastları beynəlxalq yarışlarda səkkiz medal qazandılar

Azərbaycan gimnastları ötən həftə keçirilən beynəlxalq yarışlarda uğurlu çıxış edərək ümumilikdə səkkiz medal qazanıblar.

Bu barədə  90deqiqe.Az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

İdman gimnastı Nikita Simonov Antalyada təşkil olunan İdman gimnastikası üzrə Dünya Kubokunun final mərhələsində 14.100 xal toplayaraq üçüncü yeri tutub.

Alkmaarda keçirilən Batut gimnastikası üzrə Dünya Kubokunda isə Azərbaycan cütlüyü uğurlu nəticə göstərib. Qarışıq sinxron proqramda Selcan Mahsudova və Maqsud Maqsudov 51.090 xalla gümüş medal qazanıblar. Kişilər arasında sinxron proqramda isə Hüseyn Abbasov və Maqsud Maqsudov cütlüyü üçüncü olub.

Həmin şəhərdə baş tutan Dutch Trampoline Open beynəlxalq turnirində də gimnastlarımız medal sıralamasında yer alıblar. Fərdi proqramda Selcan Mahsudova 56.580 xalla, Maqsud Maqsudov isə 60.030 xalla qızıl medala sahib çıxıb. Hüseyn Abbasov 57.410 xalla üçüncü yeri tutub.

Sinxron proqramda Ömər Qasımlı və Muhamməd Həsənli 43.680 xalla qızıl medal qazanıblar. Maqsud Maqsudov – Hüseyn Abbasov tandemi isə 51.530 xalla gümüş mükafat əldə edib.

Qeyd edək ki, Selcan Mahsudova yarış zamanı ən çətin proqramı təqdim edən qadın gimnast kimi xüsusi kubokla da mükafatlandırılıb.







Offside